hazır edəndən sonra vermək (təzə bina, ev və ya mənzil haqqında)

of a building project ready to be put into operation * под ключ (об объекте, который сдаётся полностью готовым к эксплуатации)
Haynan gələn, vaynan gedər.
hazır yeməklər (sifarişlə olan naharlar)
OBASTAN VİKİ
Mənzil
Hərbidə: əldə edilə bilən ən uzaq məsafə Mənzil — Qədim türk ölçü vahidi Mənzil — Adıyaman əyalətinin Kaxta qəzasında kənd. Mənzil — Nəqşibəndiliyin qollarından biri olan camaat Mənzil (din) — sufinin çatmağı hədəf aldığı yer Mənzil (yay) — türk yayınının variantlarından biri.
Hazır qəhvə
Hazır qəhvə ya da qəhvə tozu, mayalanmış qəhvə çərdəklərindən əldə edilən içkidir. Qurutma prosesi dondurularaq və ya sprey köməkliyi ilə həyata keçirilir. Sıxışdırılmış maye halında olan hazır qəhvə növləri də vardır. Hazırlama qaydası (isti suda asanlıqla həll olması), qəhvə çəyirdəyinə müqaisədə daha yüngül olması və uzun müddətli ömrü hazır qəhvənin üstünlükləri arasında yer alır. Bundan başqa, yaxşı qurudulmamış hazır qəhvə asanlıqla xarab ola bilər. Hələ Amerika Vətəndaş Müharibəsi zamanı, birlik ordusu üçün "Essence of Coffee" adı altında konsentratlaşdırılmış qəhvə/süd/şəkər qarışığı istehsal edilir. Bu cür hazır qəhvə, bir çay qaşığı bir fincan isti su ilə qarışdırılaraq içilirdi. Ancaq bu qarışıq qoşunlar arasında o qədər populyar olmadığı üçun, tezliklə istehsalı dayandırılır. Hazır və ya həll olunan qəhvə 1890-cı ildə Yeni Zelandiyanın "Invercargill" şəhərində yaşayan David Strang tərəfindən ixtira edilmiş və 3518 nömrəsi ilə patentləşdirilmişdir Patentləşdirilmiş məhsul, "Quru isti hava" prosesinə istinad edilərək "Strang's Coffee" ticarət markası adı altında satılmağa başlamışdır. Bəzi müasir mənbələr isə, ixtiranın fransız yumorist və yazıçı Alphonse Allaisa məxsus olduğunu qeyd edirlər.
Bina
Bina — insanların yaşaması, fəaliyyəti, təbiət təsirlərindən qorunması, onlara sosial, mədəni və məişət xidmətlərinin göstərilməsi, istehsalat sahələrinin yerləşdirilməsi, maddi dəyərlərin saxlanması üçün nəzərdə tutulmuş qapalı həcm-fəza quruluşuna malik olan tikinti obyekti.
Mənzil (Kahta)
Mənzil — Adıyaman əyalətinin Kahta rayonunda yerləşən kənddir. Kəndin adı 1928-ci ildəki qeydlərdə də indiki adı ilə qeyd edilmişdir. 1960-cı il qeydlərində isə kəndin adı Durak olaraq xatırlanır. 2012-ci ildən sonra isə kənd yenidən indiki adını almışdır. Türkiyədə şöhrət qazanmış Nəqşibəndi təriqətinin bir qolu olan Mənzil Camaatı öz adını bu kənddən götürmüşdür. Kənd Adıyaman şəhər mərkəzindən 75 kilometr, Kaxta rayon mərkəzindən 42 km isə məsafədə yerləşir.
Mənzil (din)
Mənzil sufinin Sufizmdə çatmaq istədiyi yerdir. Bundan əlavə, Quranda oxucuya asan olsun deyə, Quranı bir həftə içində oxuyub başa çatdırmaq istəyənlər üçün mətnin yeddiyə bölünmüş hissələri Mənzil adlandırılır.
Mənzil camaatı
Mənzil icması Nəqşibəndiliyə bağlı olan və Türkiyədəki icmaların içərisində ən çox üzvü olan icmalardan biridir. Məhəmməd Rəşid Erol (1930–1993) tərəfindən təsis edilmişdir. Bu gün onların lideri Abdulbaki El Huseynidir. Adıyamanın rayonlarından biri olan Kahta mahalında, həmçinin Ankara və İstanbulda da bu icmanın üzvləri mövcuddur. Türk siyasətçilərindən və Türkiyə Cümhuriyyətinin keçmiş dövlət nazirlərindən bəziləri Mənzil Cəmiyyətinin üzvləri olmuşdurlar. Mənzil üzvlərinin yaratdığı Səmərqənd fondu, turizm şirkətləri, media orqanları, fondlar və təhsil müəssisələri kimi müxtəlif şirkətlər və təşkilatlar; cəmiyyətin əsas iqtisadi resursunu təşkil edir. İcmanın mərkəzi Adıyaman hesab olunur. Mənzil adını mənşəyi də Adıyamanın Kahta rayonundakı Mənzil kəndindən götürülmüşdür.
Mənzil icması
Mənzil icması Nəqşibəndiliyə bağlı olan və Türkiyədəki icmaların içərisində ən çox üzvü olan icmalardan biridir. Məhəmməd Rəşid Erol (1930–1993) tərəfindən təsis edilmişdir. Bu gün onların lideri Abdulbaki El Huseynidir. Adıyamanın rayonlarından biri olan Kahta mahalında, həmçinin Ankara və İstanbulda da bu icmanın üzvləri mövcuddur. Türk siyasətçilərindən və Türkiyə Cümhuriyyətinin keçmiş dövlət nazirlərindən bəziləri Mənzil Cəmiyyətinin üzvləri olmuşdurlar. Mənzil üzvlərinin yaratdığı Səmərqənd fondu, turizm şirkətləri, media orqanları, fondlar və təhsil müəssisələri kimi müxtəlif şirkətlər və təşkilatlar; cəmiyyətin əsas iqtisadi resursunu təşkil edir. İcmanın mərkəzi Adıyaman hesab olunur. Mənzil adını mənşəyi də Adıyamanın Kahta rayonundakı Mənzil kəndindən götürülmüşdür.
Studio mənzil
Studio mənzil adətən bir otaqlı kiçik mənzildir. Belə tipli mənzilin içində daxili ara divarlar yoxdur və mətbəx, qonaq və yataq otağları bir sahədə yerləşdirir. 20-ci əsrin əvvəllərində studio mənzillər azsaylı mebel ilə və bəzən binalarda ortaq vanna otağı olan kiçik yaşayış yerlər idi. Bu günlərdə studio mənzillər daşınmaz əmlakın müxtəlif seqmentlərində təmsil olunur. Kiçik ölçülü mənzillər ekonom sinifə daxildir. Lüks binalarda isə böyük studio mənzillər də təklif olunur. Argentinada bir otaqlı mənzili “monoambiente” adlanır (ispan dilində “mono” bir, “ambiente” isə otaqdır). Almaniyada bir otaqlı mənzili ənənəvi olaraq “Garçonnière” (fransız dilində “garçon” sözünün mənası oğlan, gənc və ya bakalavr-dır) və ya “Einzimmerwohnung” (“Ein” bir, “Zimmer” otaq, “Wohnung” isə mənzil deməkdir) adlanır. Honq-Konqda studio mənzili təxminən 10 kvadrat metr sahəsi və əlavə vanna otağı və mətbəx daxili olan bir mini-mənzildir. Yaşayış sahəsinin minimum ölçüsü bir avtomobil parkının ölçüsüdür.
Avrasiya (bina)
Avrasiya binası (rus. Евразия) — Moskva Beynəlxalq Biznes Mərkəzində yerləşən, 309 metr hündürlüyündə olan bir gördələn. Avrasiya binasının layihəsi, 2002-ci ildə başlayıb və Moskva şəhərində ümumi sahəsi 208.3000 m² olan 71 mərtəbəli ofis-otel kompleksinin tikintisi nəzərdə tutulmuşdu. Göydələnin Qapalı Səhmdar Cəmiyyətinin Texivest şirkəti ərsəyə gətirmişdir. Bu kompaniya, MosCityGroup şirkətinin sahibi Pavel Fuks və Avrasiya binasının inşasında İPG-ni idarə edən qazaxıstanlı sahibkar Muxtar Ablyazov tərəfindən yaradılıb. 2008-ci ilin iyul ayında Texivest şirkəti adına Sberbankda 12,5 milyard rubl həcmində kredit xətti açıldı. 500 milyon beş il müddətinə verilir. 2009-cu ilin birinci yarısında Sberbank layihənin maliyyələşdirilməsini dayandırdı. Binada 1000 avtomobil üçün avtodayanacaq, ofislər üçün 85 000 m² sahə, mənzillər üçün isə 43 mərtəbə yer, ayrılmışdır. 1000 avtomobilə üçün isə müvafiq yer ayrılmışdır.
Bina nömrəsi
Bina nömrəsi — tikililərə verilən sıralanma qaydası. Bina nömrəsi — ünvan sisteminin tərkib hissəsi, binanın fərdiləşdirilməsi. Bina nömrəsi bir qayda olaraq sıra və ya digər bir qayda ilə binaya verilən saydır. Bir qayda olaraq sıra sayı küçənin başlanğıcından verilir. Bəzi ölkələrdə nömrəyə hərf də əlavə edilir. == Avstraliya == Avstraliyanın kənd yerlərində nömrələnmə küçə başlanğıcından metr ilə məsafəyə görə verilir. Məsələn, əgər ferma küçə başlanğıcından 1500 metr uzaqlıqdadırsa, onun nömrəsi 150 olur..
Gülləli bina
Gülləli bina - Rostov vilayəti Taqanroq şəhəri ərazisində yerləşən qədim bina. Gülləli bina Taqanroq şəhəri Şmidt küçəsi, ev 19 ünvanında yerləşir. Binanın tikintisinə 1802-ci ildə başlanılmışdır. Tikinti işləri 1810-cu ildə bitmişdir. Bina İvan Andreyeviç Varvasinin hesabına inşa edilmişdir. Hazırda isə bina tamamən sökülmüşdür. Taqanroq şəhəri Şmidt küçəsi 19 ünvanında 1810-cu ildə İvan Andreyeviç Varvasinin vəsaiti hesbına inşa edilmişdir. Açıqcalarda bina gülləli bina olaraq keçərlidir. Belə ki, binanın fasadında çoxlu sayda gilizlər vardır. Şəhər fransiz-ingilis qüvvələri tərəfindən atəşə tutularkən qalın binanın divarlarına çoxlu sayda güllə dəymişdir.
Monolit (bina)
"Monolit" Azərbaycanın paytaxtında, Bakı şəhərində çoxmərtəbəli bir binadır. Binanın cənub fasadı İstiqlaliyyət küçəsinə (əvvəlki Kommunistiçeskaya), şimal — Əhməd Cavad küçəsinə (əvvəlki Əliheydar Qarayev), əsas şərqə — Azərbaycan prospektinə (keçmiş Hüsü Hacıyev küçəsi) baxır. 1940-cı ildə memar Konstantin Sençixin tərəfindən inşa edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin əmrinə əsasən "Monolit" Azərbaycanda yerli əhəmiyyətli tarix və mədəniyyət memarlıq abidəsidir. Başlanğıcda binanın yerində şəhərin zibil yeri var idi [3]. 19-cu əsrin sonunda bu yerdə bir-birinə möhkəm sarılmış bir və iki mərtəbəli kiçik evlər meydana çıxdı [4]. İyirminci əsrin 30-cu illərinin əvvəllərində bu ərazidə böyük bir yaşayış binası tikilməsinə qərar alıdı. Bu baxımdan burada yerləşən xarab olan evlər sökülməyə başlandı. Sahədə kəşfiyyat işləri və geoloji tədqiqat aparılmağa başlandı. Planlaşdırılan tikinti yerində nəhəng monolitik bir qayanın çıxdığını aşkar edən çox sayda kəşfiyyat quyusu qazıldı.
Slovo (bina)
Slovo binası – Xarkovdakı Mədəniyyət küçəsi 9-da yerləşən yaşayış binası. Ötən əsrin 20-ci illərində Xarkovda müxtəlif peşə sahiblərinin nümayəndələri üçün kooperativ yaşayış evləri tikilməsi "bum"u başlamışdır. Həmin dövrdə tikilən bu tipli yaşayış evlərinə "Dərzi", "Həkim", "Qırmızı bankir" adlı binaları göstərmək olar. 1928-ci ildə isə ədəbiyyatşünaslar üçün "Slovo" adlanan yaşayış binası tikilmişdir. Mixail Daşkeviçin layihəsi əsasında tikilən bina modern və konstruktivizm üslubları arasında orta mövqe tutur. Plana əsasən bina simvolik olaraq kiril əlifbasının "C" hərfi (slavyan əlifbasında – "söz" kimi tərcümə edilən "slovo" sözünü bildirir) formasında tikilmişdir. Yalnız 1930-cu ildə binanın sakinləri buraya köçürülmüşdür. Yazıçıların binaya köçdükləri 4 ildən sonra artıq repressiya başlamışdır. Onun ilk "qaranquş"larından biri İvan Baqryanı olmuşdur. 1932-ci ildə həbs edilsə də, sonradan azad buraxılan ədəbiyyatşünas Stalin rejiminin iyrəncliklərinin ətraflı təsvirini özünün "Gefsiman bağı" romanında vermişdir.
Təkyə (bina)
Təkyə (əsli fars dilində تَکْیه təkyə sözündəndir; osman. تَكْیه tekye; türk. tekke; urdu تَکْیہ təkyə; ərəb. تَكِيَّة‎ takiyya) — təriqətçilərin, dərvişlərin ayin icra etdikləri yerdir. XVI əsrdə İranda Səfəvilərin əhalini şiələşdirməsindən sonra təkyələr hüseyniyyələr kimi istifadə edilmişlər.
Yaşıl bina
"Yaşıl bina" — Sumqayıt şəhəri İcra hakimiyyəti aparatının binası. Sumqayıtın memarlıq nümunələrindən və simvollarından biri. Bina 1958-ci ildə tikilib istifadəyə verilmişdir. Həmin vaxtdan burada Sumqayıt şəhər Partiya Komitəsi və şəhər xalq Deputatları Soveti İcraiyyə Komitəsi yerləşirdi. Binanın inşası başa çatdıqdan sonra 1950-ci illərin sonları, 1960-cı illərin əvvəllərində binaın birinci mərtəbəsi həmişə nəmli olardı. Bunu Xəzər dənizindən əsən duzlu şimal küləyi ilə bağlayırdılar. Sumqayıt şəhər icraiyyə komitəsinin sədri Kamal Axundovun dövründə bu problemi həll etmək məqsədilə binanın ön hissəsində perimetr boyu Tatarıstanın Kazan şəhərindən gətirilmiş xüsusi "daş sarmaşıqlar"ı – "plyuş" kolları əkilmiş, ümumi binanın fasadı tam yaşıl örtüklə – sarmaşıqla örtülərək binanın formasına uyğunlaşdırılmışdır. Uzun müddət yaşıl libasa bürünmüş şəhər İcra hakimiyyətinin inzibati binası Sumqayıtın gözəl memarlıq nümunəsi kimi hətta respublikadan kənarda da tanınan rəmzlərdən birinə çevrilmişdir. Şəhərə axışan turistlər və hörmətli qonaqlar bu binaya heyran qaldıqlarını bildirirdilər. Sumqayıtla vidalaşanda onun qarşısında yadigar olaraq həmişə şəkillərini çəkdirirdilər.
Zəncirli bina
Zəncirli ev — İçəri şəhərdə yerləşən abidə. Bina XIX əsrin sonlarında — XX əsrin əvvəllərində Rzayevlər ailəsi tərəfindən inşa edilmişdir. Bir müddət sonra Rzayevlər bu evi öz qohumları Nuru Əmiraslanova satırlar. 1910-cu ildə isə binanı milyonçu İsa bəy Hacınski alır və bu yerdə daha hündür bir bina tikdirməyi planlaşdırır. Lakin ərazidə yeraltı suların olması onu bu fikrindən daşındırır və 1920-ci ildə binanı satır. Həmin ildən tacir Hacı Məmmədhüseyn Məmmədova məxsus olan bu mülk 1928-ci ildə İçərişəhərin tanınmış tacirləri sayılan Məlikov qardaşları tərəfindən alınmışdır. 1930-cu ildə müsadirə edilərək dövlət istifadəsinə verilən bina həmin ildən N.Nərimanov adına tikiş fabriki kimi fəaliyyət göstərmişdir. Mülkün son sahibi Məlikov qardaşları olduğu üçün bina Məlikovların mülkü kimi tanınır. Sonradan binada Dəniz gəmiçiliyi İdarəsi yerləşdirilmişdir. Zəncirli bina memarlıq üslubuna və bədii estetik görünüşünə görə XX əsrin əvvəllərində İçəri şəhərdə inşa olunmuş memarlıq abidələri içərisində özünəməxsus yer tutur.
Çaxmaq-Bina
Çaxmaq-Bina — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. Heç bir Azərbaycan saytında bu adla qeyd olunmadığından bu kəndin ad dəyişikliyinə məruz qaldığı və ya artıq mövcud olmadığı ehtimal edilir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd ərazisi 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb.
İtaliya (bina)
İtaliya (port. Edifício Itália) — Braziliyanın San-Paulu şəhərində yerləşən 46 mərtəbəli göydələn. 1965-ci ildə inşa edilmişdir. Braziliyada ikinci ən yüksək göydələndir. Memarı Frans Hipdir (Franz Heep). Binanın hündürlüyü 168 metr, daxili sahəsi 52 000 kvadrat metrdir.
Fön və ya fyon
Harmattan və ya Hamattan
Kirpiklilər və ya İnfuzorlar
Bir çox mütəxəssislər bu taksonda 30 000-dən çox növün olduğunu bildirir. Sərbəstyaşayan və parazitlik edən infuzorlar ayırd edilir. İnfuzorların ən geniş yayılmış növü infuzor tərlikdir (Paramecium caudatum). Əsasən, dənizlərdə və şirin su hövzələrində, bentos və planktonların tərkibində yaşayırlar. Torpaqda və mamırlarda yaşayan nifuzorlar da mövcuddur. Bu canlıların əksər hissəsi digər heyvanlarla (əsasən, həlqəvi qurdlar, molyusklar, balıqlar, amfibilər, məməlilər) kommensal, simbiont və parazitik münasibətlərdə olur. Bəzi kirpikli növləri (məsələn, Paramecium caudatum, Oxytricha trifallax) molekulyar biologiyada model obyekti qismində istifadə edilir. Sinif Növlər Onların bədənləri sabit və uzunsov formaya malik olub xaricdən sıx pellikula ilə əhatə olunur. Ölçüləri 10 mkm – 4.5 mm intervalında dəyişən bu canlıların iki nüvəsi vardır (makronukleus və mikronukleus). Vegetativ nüvə (makronukleus) hüceyrə daxilindəki maddələrin sintezinə cavabdehdir.
Manqrlar və ya Manqrovlar
Manqrovlar — Əsasən 25 ° N və 25 ° S uzunluq dairəsi arasında tropik və tropik altı şorakət sahildə çöküntü yetişmə mühitiində yetişən və sıx meşələr təşkil edən müxtəlif orta hündürlükdə ağac növləri və kollar və meydana gətirdikləri meşələrə verilən addır. Tuqay meşələri Hogarth, P. J., 1999: The Biology of Mangroves, Oxford University Press (ISBN 0-19-850222-2). Thanikaimoni, G., 1986: Mangrove Palynology, UNDP/UNESCO and the French Institute of Pondicherry, ISSN 0073-8336 (E). Tomlinson, P. B., 1986: The Botany of Mangroves, Cambridge University Press. Jayatissa, L. P., Dahdouh-Guebas, F. & Koedam, N. (2002). A review of the floral composition and distribution of mangroves in Sri Lanka. Botanical Journal of the Linnean Society 138: 29–43.
Toyuq və ya yumurta
Toyuq və ya yumurta — səbəbiyyət dilemması ki, adətən bu şəkildə ifadə olunur: "“toyuqmu, ya yumurtamı əvvəl olub?".Qədim filosoflara, ilk toyuqmu və ya yumurtamı sualı, ,ümumiyyətlə həyat və kainatın necə başlandığı suallarını doğurmuş.
Ev
Ev (ing. Home ) — istirahət və yaşamaq yeri. Ev bir şəxs və ya ailənin yaşaması üçündür. Ümumiyyətlə evdə hamam, mətbəx, yataq otağı, vanna otağı, oturma otağı və s. mövcud ola bilər. İndiki zamanda evlər üçün torpaq azlığı problemi mövcud olduğundan, mənzillər və binalar çoxmərtəbəli inşa edilir. Yaxın Şərq ölkələrində, habelə Cənubi Qafqaz və Orta Asiyada Eneolit və Erkən Tunc dövrləri üçün səciyyəvi olan yaşayış binaları. Azərbaycanda Kültəpə, Şomutəpə, Töyrətəpə və s. qədim yaşayış yerlərində aşkar edilmişdir. Daşdan və çiy kərpicdən tikilirdi.
Təzə-Kənd
Yaşayış məntəqələri Azərbaycanda Təzəkənd (Ağdam) Təzəkənd (qəsəbə, Ağdam) — Ağdam rayonunda qəsəbə. Təzəkənd (kənd, Ağdam) — Ağdam rayonunda kənd. Təzəkənd (Ağcabədi) — Ağcabədi rayonunda kənd. Şahsevən Təzəkənd — Ağcabədi rayonunda kənd. Təzəkənd (Beyləqan) — Beyləqan rayonunda kənd. Təzəkənd (Bərdə) — Bərdə rayonunun Uğurbəyli kəndinin 7 fevral 1991-ci ilə qədərki adı. Təzəkənd (Biləsuvar) — Biləsuvar rayonunda kənd. Təzəkənd (Cəlilabad) — Cəlilabad rayonunda kənd. Təzəkənd (Daşkəsən) — Daşkəsən rayonunda kənd. Təzəkənd (Xızı) — Xızı rayonunda kənd.